ABŞ Rumıniya ilə vizasız rejimi ləğv etdi
ABŞ sabiq prezident Cozef Baydenin dövründə tətbiq etdiyi Rumıniya ilə vizasız gediş-gəliş rejimini ləğv edib.
TodayPress xəbər verir ki, bu barədə “Reuters” ABŞ Daxili Təhlükəsizlik Nazirliyinə istinadla məlumat yayıb.
Bildirilib ki, Rumıniya 2025-ci il yanvarın 9-da vizasız rejimə daxil edilsə də, qərar tam qüvvəyə minmədən 2025-ci il mayın 2-də ləğv olunub.
Yeni qaydaların təxminən martın 31-də qüvvəyə minməsi planlaşdırılsa da, proqramın icrası dayandırılıb və əlavə yoxlamalar nəticəsində ləğv edilməsi qərara alınıb.
Nazirlik bu addımı sərhəd və miqrasiya təhlükəsizliyinin təmin olunması ilə əsaslandırıb.
Qiymət Mahir
tag: ABŞ,Co Bayden,Donald Tramp,Viza,todaypress.az,