ABŞ-Rusiya danışıqlarının 3-cü raundu keçiriləcək?
Türkiyə ABŞ-Rusiya danışıqlarının üçüncü raundunun yaxın gələcəkdə razılaşdırılacağını gözləyir.
TodayPress xəbər verir ki, bu barədə "TASS" Ankaradakı diplomatik mənbəyə istinadən məlumat yayıb.
Xatırladaq ki, Rusiya və ABŞ arasında danışıqların ikinci raundu 10 apreldə İstanbulda başa tutub.
Rusiya Baş Konsulluğunda məsləhətləşmələr beş saatdan çox davam edib.
Görüşdə Rusiyanı ABŞ-dəki səfir Aleksandr Darçiyev, ABŞ-ni isə dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Sonata Koulter təmsil edib.
Kremldən bildirilib ki, görüşdə Ukrayna münaqişəsinin nizamlanması məsələsi müzakirə olunmayıb.
Türkan İsgəndərli
tag: ABŞ,Rusiya,Danışıqlar,Görüş,Todaypress.az,