ABŞ Rusiya əleyhinə sanksiyaların ləğvini nəzərdən keçirə bilər

Dünya

28.03.2025 10:50

893

ABŞ hakimiyyəti Ukrayna münaqişəsinin nizamlanması fonunda Rusiya əleyhinə sanksiyaların ləğvi imkanını təhlil edəcək. 

TodayPress “TASS”a istinadən xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio jurnalistlərə açıqlamasında deyib.   

Rubio rusiyalı nümayəndələrin gündəmə gətirdiyi məsələlərin diqqətlə araşdırılacağını bildirib: 

“Bu, bir sıra sanksiyalardır, onların bəziləri ABŞ-yə məxsus deyil. Müzakirə edəcəyik, nəyi nəzərdə tutduqlarını dəqiqləşdirəcəyik”.

Dövlət katibinin sözlərinə görə, bütün məsələlər təhlil edildikdən sonra ABŞ dövlət katibliyi prezident Donald Trampa vəziyyətdən çıxış yollarını təqdim edəcək. 

Qiymət Mahir

tag: ABŞ,Rusiya,Ukrayna,Sanksiya,Todaypress.az,