ABŞ Rusiya istintaq qrupundan çıxacaq

Dünya

17.03.2025 11:55

2163

ABŞ nümayəndələri Ukrayna münaqişəsi kontekstində Rusiya üzrə beynəlxalq araşdırma qrupundan çıxmaq qərarına gəliblər.   

TodayPress xəbər verir ki, bu barədə "The New York Times" məlumat yayıb.   

Məlumata görə, onlar artıq avropalı həmkarlarını xəbərdar ediblər.

Nəşr əlavə edib ki, bu qərar ABŞ prezidenti Donald Tramp administrasiyasının Ukrayna münaqişəsinə yanaşmasının dəyişməsini əks etdirir. 

Qeyd edək ki, ABŞ Rusiya və müttəfiqlərinin hərəkətlərini araşdıran qrupa 2023-cü ildə qoşulub.   

Türkan İsgəndərli

tag: ABŞ,Rusiya,İstintaq,Qrup,Todaypress.az,