ABŞ-Rusiya münasibətlərinin gələcək taleyi bəlli oldu

Dünya

12.02.2025 14:30

1549

“Rusiya ilə ABŞ arasında dostluq münasibətlərinin qurulması beynəlxalq münasibətlərdə tamamilə yeni paradiqma yaradacaq”. 

TodayPress xəbər verir ki, bunu ABŞ İncəsənət Komissiyasının üzvü və Rusiya üzrə mütəxəssis Rodni Kuk "RİA"ya müsahibəsində bildirilib. 

“Birləşmiş Ştatlar və Rusiya arasında dostluq münasibətləri yenidən dünya sülhünə töhfə verdikdə, ABŞ, Rusiya, Skandinaviya və Baltikyanı ölkələr arasında tamamilə yeni iqtisadi və hərbi müttəfiqlik paradiqması yarana bilər” deyə keçmiş məmur vurğulayıb. O, həmçinin bildirib ki, beynəlxalq münasibətlərin yeni sistemi əsrlər boyu davam edəcək. 

Ekspertin fikrincə, ABŞ prezidenti Donald Tramp Rusiyaya qarşı müsbət düşüncədədir. Lakin münasibətləri yaxşılaşdırmaq üçün o, Vaşinqton və Moskva arasında son onilliklərdə mövcud olmuş qarşılıqlı əlaqəni yeni model üzərində formalaşdırmalıdır. 

Aysel Mətləb

tag: Rusiya ,ABŞ ,Rodni Kuk,Donald Tramp,todaypress.az,