ABŞ-Rusiya nümayəndə heyətlərinin görüş tarixi açıqlandı
Rusiya və ABŞ nümayəndə heyətlərinin görüş tarixi açıqlanıb.
TodayPress xəbər verir ki, bu barədə “Kommersant” məlumat yayıb.
Məlumata görə, görüş fevralın 18-də Səudiyyə Ərəbistanında baş tutacaq.
Amerika tərəfindən dövlət katibi Marko Rubio, ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Maykl Uolts və Yaxın Şərq üzrə xüsusi elçi Stiv Vitkoffun görüşdə təmsil ediləcəyi gözlənilir.
Qeyd edilib ki, Rusiya nümayəndə heyətinə ölkənin xarici işlər naziri Sergey Lavrov rəhbərlik edə bilər.
Həmçinin Rus nümayəndə heyətində Rusiya prezidentinin köməkçisi Yuri Uşakov və Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkinin də iştirakı mümkündür.
Nicat Osman
tag: Rusiya,ABŞ,Görüş,Mark Rubio,Todaypress.az,