ABŞ Rusiyanın Çin, İran və Şimali Koreya ilə ittifaqını dağıtmağa çalışacaq

Dünya

16.02.2025 17:40

2265

ABŞ Prezidenti Donald Trampın Ukrayna üzrə xüsusi nümayəndəsi Kit Kelloq Münhen Təhlükəsizlik Konfransında etdiyi çıxışında ABŞ-nin Rusiyanın Çin, İran və Şimali Koreya ilə qurduğu ittifaqı dağıtmağı planlaşdırdığını açıqlayıb.

TodayPress xəbər verir ki, onun sözlərini xarici KİV yayıb.

Kelloq bildirib ki, Moskvanın Təbriz, Pxenyan və Pekinlə qurduğu ittifaq bir neçə il əvvəl mövcud deyildi. O, ittifaqın güclənməsinin və genişlənməsinin qarşısını almağın vacibliyini vurğulayıb.

“Əvvəllər mövcud olmayan bu ittifaqı dağıtmağa çalışacağıq” deyə Kelloq bəyan edib.

Qiymət Mahir

tag: Kit Kelloq,ABŞ,Rusiya,Tramp,Dünya,todaypress.az,