ABŞ Rusiyanın "Pantsir" modelini yaratdı

Dünya

26.03.2025 19:12

1423

ABŞ-nin hərbi-sənaye nəhəngi “Lockheed Martin” Rusiya istehsalı olan “Pantsir-S1” zenit-raket-artilleriya kompleksinin (ZRAK) maketini yaradıb.

TodayPress xəbər verir ki, bu barədə “The National Interest” jurnalı məlumat yayıb.

Məlumata görə, maket “F-16” “Fighting Falcon” döyüş təyyarələrinin pilotlarının Rusiya hava hücumundan müdafiə sistemlərinə qarşı təlim məqsədilə hazırlanıb.

Konstruktorlar kompleksin maketini “Peterbilt 320” yük avtomobilinin bazasında qurublar.

Jurnal yazır ki, hazırlanmış model orijinal “Pantsir-S1” sisteminə təəccüblü dərəcədə bənzəyir və yalnız bir neçə fərqli detalla seçilir.

Materialda qeyd olunub ki, “Lockheed Martin” hazırda ABŞ Hərbi Hava Qüvvələrinə Rusiya istehsalı hava hücumundan müdafiə sistemləri ilə daha effektiv mübarizə yollarını öyrətmək üzərində işləyir.

Xatırladaq ki, martın 21-də “The Telegraph” qəzeti Britaniyanın hərbi rəhbərliyinin Ukraynaya “Typhoon” qırıcılarının göndərilməsi məsələsini müzakirə etdiyini yazmışdı.

Eyni zamanda ABŞ istehsalı olan “F-35” qırıcılarının da tədarükü məsələsi gündəmdədir.

Qiymət Mahir

tag: ABŞ,Rusiya,Pantsir-S1,F-16,Todaypress.az,