ABŞ Rusiyanın “Su-35” qırıcılarının Çinə satışını səhv adlandırır
“Çinə “Su-35" qırıcılarının satışı ilə bağlı razılaşma Rusiya təyyarə istehsalının əsas səhvidir”.
TodayPress xəbər verir ki, bunu “19FortyFive”ın köşə yazarı Kris Osborn bildirib.
Nəşr xatırladıb ki, 2015-ci ildə Çin Rusiyadan 2,5 milyard dollara 24 ədəd “Su-35” qırıcısı alıb.
“Çin əslində əldə etdiyi “Su-35”ləri uçurmaqda maraqlı deyil, sadəcə olaraq artan donanması üçün borc götürüb” deyə bildirilib.
O, Çinin Rusiya texnologiyasını öyrənmək üçün “Su-35”dən istifadədə maraqlı olduğunu vurğulayıb.
Aysel Mətləb
tag: Tramp,Çin,Rusiya,ABŞ,SU-35,Todaypress.az,