ABŞ Rusiyaya qarşı kəşfiyyat əməliyyatlarını dayandırır
ABŞ kəşfiyyat orqanları Rusiyaya qarşı bir sıra əks-kəşfiyyat əməliyyatlarını dayandırıb.
TodayPress xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Bildirilir ki, Milli Təhlükəsizlik Şurası (MTŞ) ilə Avropanın milli təhlükəsizlik rəsmiləri arasında müntəzəm görüşlər artıb.
Bu səbəbdən MTŞ həmçinin FTB, Daxili Təhlükəsizlik Departamenti və Dövlət Departamenti də daxil olmaqla ABŞ agentlikləri arasında rəsmi koordinasiyanı dayandırıb.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp və rusiyalı həmkarı Vladimir Putin arasında martın 18-də telefon danışığı baş tutub.
Onların yenidən əlaqə qurması gözlənilir.
Türkan İsgəndərli
tag: ABHş,Rusiya,Kəşfiyyat,Əməliyyat,Dayandırma,Todaypress.az,