ABŞ Rusiyaya qarşı sanksiya tətbiq edəcək

Dünya

27.04.2025 09:29

25

ABŞ Rusiyaya qarşı yeni sanksiyaları razılaşdırmağa hazırlaşır.

TodayPress xəbər verir ki, bu barədə respublikaçı senator Lindsi Qrem öz “X” hesabında bildirib.

Onun sözlərinə görə, Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi üçün ikipartiyalı qanun layihəsi təqdim edilib. Sənədin artıq 60-a yaxın həmmüəllifi var.

O, əlavə edib ki, sanksiyalar Rusiyadan neft, qaz, uran və ya digər məhsullar alan ölkələrə qarşı həyata keçiriləcək.

Türkan İsgəndərli

tag: ABŞ,Rusiya,Sanksiya,Rüsum,todaypress.az,