ABŞ Rusiyaya qarşı sanksiyaları yumşaltmağa hazırlaşır

Dünya

08.03.2025 11:00

2342

ABŞ administrasiyası Rusiya Ukraynadakı müharibəni dayandıracağı təqdirdə enerji sektoruna tətbiq edilən sanksiyaları sürətlə yumşaltmağın yollarını araşdırır. 

TodayPress xəbər verir ki, bu barədə “Reuters” adlarının açıqlanmasını istəməyən iki mənbəyə istinadən xəbər verib.

Məlumata görə, Vaşinqton əvvəllər ayrı-ayrı fiziki və hüquqi şəxslərə qarşı sanksiyaların ləğvini nəzərdən keçirirdi, lakin artıq bütün Rusiya neft-qaz sektoruna təsir edən məhdudiyyətlərin aradan qaldırılması variantı da müzakirə edilir.

Plana Ağ Evin təşəbbüsü ilə ABŞ Maliyyə Nazirliyində hazırlıq işləri aparılır. Amma bu addım Vaşinqtonun Moskvaya heç bir şərt olmadan güzəştə getdiyini göstərmir. 

“ABŞ yalnız Rusiyanın konkret addımlar atacağı təqdirdə sanksiyaların yumşaldıla biləcəyini nəzərdən keçirir” deyə nəşr məlumat yayıb. 

Qiymət Mahir

tag: ABŞ,Rusiya,Ukrayna,Sanksiya,Todaypress.az,