ABŞ rüsumları dünya iqtisadiyyatına zərbə vuracaq
ABŞ-nin tətbiq etdiyi gömrük rüsumları və digər ölkələrin ilkin cavab tədbirləri nəticəsində 2040-cı ilədək dünya üzrə ÜDM-in 0,7% azalacağı proqnozlaşdırılır.
TodayPress xəbər verir ki, bu barədə Beynəlxalq Ticarət Mərkəzinin (ITC) icraçı direktoru Pamela Kouk-Hamilton Cenevrədə keçirilən mətbuat brifinqində bildirib.
“Fransanın iqtisadi tədqiqat institutu “CEPII” ilə birgə hazırladığımız ilkin qiymətləndirmələr 90 günlük fasilə və Çinə qarşı əlavə tarif artımından əvvəlki dövrə əsasən göstərir ki, qarşılıqlı tariflər və ilkin əks-tədbirlər nəticəsində 2040-cı ilədək qlobal ÜDM 0,7% azalacaq” deyə Kouk-Hamilton qeyd edib.
Onun sözlərinə görə, bu tədbirlərdən ən çox zərər görəcək ölkələr Meksika, Çin və Tailand olmaqla yanaşı, Cənubi Afrika ölkələri və elə ABŞ-nin özü olacaq.
Qeyd edək ki, ITC – Ümumdünya Ticarət Təşkilatı (ÜTT) və BMT-nin birgə agentliyi olaraq, inkişaf etməkdə olan ölkələrdə kiçik və orta sahibkarlığın beynəlxalq ticarətə inteqrasiyası yolu ilə davamlı inkişafa dəstək göstərir.
Qiymət Mahir
tag: ABŞ,Rusiya,Avropa,Dünya,Todaypress.az,