ABŞ rüsumların sərmayələri ölkəyə qaytaracağına inanır
ABŞ Prezidenti Donald Tramp Amerikanın polad və alüminium sənayesinin yenidən canlanması üçün bu metallara idxal üçün 25% gömrük rüsumunun kifayət edəcəyinə inanır.
TodayPress xəbər verir ki, bu barədə ticarət və istehsal sahəsində prezidentin baş məsləhətçisi Peter Navarro “Fox News” kanalına verdiyi müsahibədə bildirib.
Navarro qeyd edib ki, böhran vəziyyətlərində ABŞ polad və alüminiuma ehtiyac duyur, çünki bu materiallar müdafiə məqsədləri üçün istifadə olunur. Tramp rüsumların həm yerli, həm də xarici sərmayələri ölkəyə qaytarmaq üçün kifayət edəcəyinə tam əmindir. O, əvvəlki prezident Cozef Baydenin siyasətinin bu sahədə istehsalın ciddi şəkildə azalmasına səbəb olduğunu vurğulayıb.
Navarro Avropa İttifaqını tənqid edərək, hər il ticarət profisiti şəklində yüzlərlə milyard dollar qazandığını bildirib. Onun fikrincə, Avropa İttifaqı ABŞ-ni aldatmağa çalışır və Tramp ölkənin milli və iqtisadi təhlükəsizliyini təmin etmək məqsədilə ədaləti bərpa etmək niyyətindədir.
Qiymət Mahir
tag: ABŞ ,Donald Tramp,Amerika,Polad,Alümninium,todaypress.az,