ABŞ sakinlərinin 60%-i DOGE tədbirlərini bəyənmir

Dünya

14.03.2025 18:18

1861

ABŞ əhalisinin 60%-i milyarder İlon Maskın rəhbərlik etdiyi Hökumətin Effektivlik Departamentinin (DOGE) federal qulluqçulara qarşı həyata keçirdiyi tədbirləri dəstəkləmir.

TodayPress xəbər verir ki, bu barədə “The Hill” Quinnipiac Universitetinin keçirdiyi sorğuya istinadən məlumat yayıb.

Sorğuya əsasən, 36% respondent Maskın və DOGE-nin siyasətini dəstəklədiyini bildirib. Bundan əlavə, ABŞ prezidenti Donald Trampın iqtisadi siyasətini respondentlərin 54%-i tənqid edib, 41%-i isə onu dəstəkləyib.

Sorğu 6-10 mart tarixlərində 1198 qeydiyyatdan keçmiş seçici arasında keçirilib. Nəticələrin səhv payı 2,8 faiz bəndi təşkil edir.

Qeyd edək ki, Maskın rəhbərlik etdiyi DOGE federal hökumətin fəaliyyətini optimallaşdırmaq və xərcləri azaltmaq üçün yaradılıb. 

Qiymət Mahir

tag: ABŞ,DOGE,Mask,Tramp,Tənqid,Todaypress.az,