ABŞ Senatı büdcə layihəsini təsdiqlədi
ABŞ Senatı səsverməsdə vergi güzəştlərinin artırılmasını və dövlət xərclərinin ciddi şəkildə azaldılmasını nəzərdə tutan yeni büdcə layihəsini təsdiqləyib.
TodayPress xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Yeni qanun layihəsi respublikaçılara demokratların iştirakı olmadan ilin sonuna qədər vergi endirimlərini qəbul etməyə imkan verəcək mexanizmin yolunu açır.
Analitiklər hesab edir ki, bu addım gələcək 10 ildə ABŞ federal borcunu təxminən 5,7 trilyon dollar artıracaq.
Senatdakı respublikaçılar bu tədbirin rəsmi dəyərinin 1,5 trilyon dollar olduğunu bildirirlər və vergi siyasətinin müddətinin uzadılmasının əlavə xərc kimi nəzərə alınmamasını tələb edirlər.
Layihə federal hökumətin borc tavanının da 5 trilyon dollar artırılmasını nəzərdə tutur.
Əgər bu addım yay aylarına qədər atılmasa, 36,6 trilyon dollarlıq dövlət borcuna defolt riski yarana bilər.
Demokratlar isə xəbərdarlıq ediblər ki, bu büdcə tədbirləri azgəlirli amerikalılar üçün nəzərdə tutulan “Medicaid” tibbi sığorta proqramını ciddi təhlükə altına ala bilər.
Qiymət Mahir
tag: ABŞ,Büdcə,Layihə,Təsdiq,Todaypress.az,