ABŞ SEPAH-ın hərbi məsləhətçilərini zərərsizləşdirdi
ABŞ-nin Yəmənin Hudeyda əyalətinə endirdiyi zərbələr nəticəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) hərbi məsləhətçiləri ölüb.
TodayPress xəbər verir ki, bu barədə "Sky News Arabia" telekanalı məlumat yayıb.
Bildirilir ki, Yəmən husilərinə hərbi dəstək verdiyi iddia edilən Əl-Qüds xüsusi təyinatlı hərbçiləri Hudeydaya hücum zamanı həlak olublar.
Hadisənin təfərrüatları və qurbanların dəqiq sayı barədə məlumat verilmir.
Qeyd edək ki, martın 15-də ABŞ Silahlı Qüvvələri prezident Donald Trampın göstərişi ilə Yəməndə "Ənsar Allah" hərəkatının nəzarəti altında olan ərazilərə kütləvi zərbələr endirməyə başlayıb.
ABŞ-nin endirdiyi zərbələr geniş hədəfləri əhatə edir.
Türkan İsgəndərli
tag: ABŞ,SEPAH,Zərbə,Ölüm,Todaypress.az,