ABŞ Şimali Koreya ilə danışıqları nəzərdən keçirir

Dünya

27.04.2025 20:00

12

ABŞ prezidenti Donald Trampın administrasiyası Şimali Koreya ilə dialoqun bərpası imkanlarını müzakirə edir. 

TodayPress xəbər verir ki, bu barədə “Axios” məlumat yayıb.

Bildirilib ki, bu istiqamətdə həm daxili, həm də dəvət olunmuş ekspertlərlə məsləhətləşmələr aparılır.

Ağ Evin yüksək vəzifəli əməkdaşı bildirib ki, son dörd ildə vəziyyət əhəmiyyətli dərəcədə dəyişib və hazırda ABŞ KXDR-in mövqeyini dəqiqləşdirmək, müxtəlif addım variantlarını qiymətləndirmək üçün vəziyyəti təhlil edir.

Buna baxmayaraq, nəşr qeyd edib ki, Şimali Koreya məsələsi hazırda Trampın xarici siyasət gündəmində əsas prioritetlərdən biri hesab edilmir.

Qiymət Mahir

tag: ABŞ,Tramp,Şimali Koreya,Ağ Ev,todaypress.az,