ABŞ Şimali Koreya ilə əlaqəni davam etdirir

Dünya

01.04.2025 12:27

929

“Bizim Kim Çen In ilə əla münasibətlərimiz var. Bəli, ünsiyyət davam edir”.

TodayPress xəbər verir ki, bu fikirləri ABŞ prezidenti Donald Tramp Ağ evin mətbuat nümayəndələri ilə söhbət zamanı səsləndirib.

O, Şimali Koreya lideri ilə gələcəkdə birbaşa təmas ehtimalını da istisna etməyib: 

“Bəli, mümkündür ki, nə vaxtsa hansısa addım ataq”.

Tramp həmçinin ABŞ-Şimali Koreya münasibətlərinin başlanğıc mərhələsini xatırladaraq, ilk dövrlərin gərginliyini belə ifadə edib: 

“Bildiyiniz kimi, hər şey çox sərt və pis başlamışdı. Həqiqətən də vəziyyət gərgin idi. Sonra bir gün bizə zəng edib dedilər ki, görüşmək istəyirlər və biz görüşdük”.

Qiymət Mahir

tag: ABŞ,Şimali Koreya,Əlaqələr,Davam,Todaypress.az,