ABŞ şirkəti peyklərdə inqilab etməyə hazırlaşır
Böyük geostasionar peyklərin yaradılmasında inqilab etməyə hazırlaşan ABŞ-nin "K2 Space" şirkəti 110 milyon dollar vəsait əldə edib.
TodayPress xəbər verir ki, bu barədə “Space News” nəşri məlumat yayıb.
Əvvəllər alınmış vəsaitlərlə birlikdə 2022-ci ildə yaradılmış şirkətin kapitalı təxminən 180 milyon dollar təşkil edib. Yığılan vəsait, dəyəri 15 milyon dollardan az olan və seriyalı istehsalı üç aydan çox olmayan iri geostasionar peyk platformasının yaradılmasını sürətləndirməyə kömək edəcək.
"K2 Space" artıq Pentaqonun diqqətini cəlb edib.
Şirkət hazırda istehsal sahələrini genişləndirir və yeni işçilər qəbul edir.
Töhfə Səməd
tag: Geostasionar ,Peyk,ABŞ,K2 Space,Pentaqon,todaypress.az,