ABŞ şirkətləri Rusiyaya görə 300 milyard dollar itirib
Rusiyanın Rifah Fondunun rəhbəri Kirill Dmitriev ABŞ şirkətlərinin Rusiyanı tərk etməsinin bu ölkəyə 300 milyard dollar zərər verdiyini açıqlayıb.
TodayPress xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Dmitriev bu bəyanatını Ər-Riyada səfəri zamanı, ABŞ və Rusiya arasında illər sonra baş tutacaq yüksək səviyyəli təkbətək danışıqlardan əvvəl verib.
Həmçinin, o, iki ölkə arasındakı danışıqların bir çox cəhətdən mühüm olduğunu vurğulayıb. Nicat Osman
tag: Dollar,Şirkət,Zərər,ABŞ,Rusiya,Todaypress.az,