ABŞ şirkətləri Trampa milyonlar ayırıb
ABŞ-nin ən böyük quşçuluq şirkətlərindən biri olan "Pilgrim’s Pride" Donald Trampın 2025-ci il andiçmə mərasiminin əsas sponsorlarından biri olub.
TodayPress xəbər verir ki, bu barədə "The Wall Street Journal" məlumat yayıb.
Bildirilib ki, şirkət bu mərasimə 5 milyon dollar maliyyə dəstəyi verib.
Digər iri sponsorlar arasında "Ripple", "Robinhood Markets" və "Coinbase Inc" də olub.
"Ripple" təxminən 5 milyon dollar, "Robinhood" 2 milyon dollar, "Coinbase" isə 1 milyon dollar xərcləyib.
Məlumata görə, bəzi sponsorlar mərasimdən sonra dövlət vəzifələrinə təyin olunublar.
Ümumilikdə, Trampın andiçmə mərasimi 250 milyon dollara başa gəlib ki, bu da əvvəlki prezident Cozef Baydenin andiçmə mərasimindən dörd dəfə bahadır.
Türkan İsgəndərli
tag: ABŞ,Tramp,İnauqurasiya,Donor,Todaypress.az,