ABŞ Suriyaya sanksiyaların yumşaldılması üçün şərtlərin siyahısını göndərdi
ABŞ Suriyaya Vaşinqtonun tətbiq etdiyi
sanksiyaların yumşaldılması üçün şərtlərin siyahısını təqdim edib.
TodayPress xəbər verir ki, bu barədə “Reuters” öz
mənbələrinə istinadən məlumat yayıb.
ABŞ administrasiyasının yüksək səviyyəli rəsmisi
məhdudiyyətləri müzakirə etmək üçün Suriyanın xarici işlər naziri Əsəd Həsən
əl-Şibani ilə görüşüb. Bu, Donald Trampın prezidentliyə başlamasından bəri ilk
yüksək səviyyəli təmasdır.
Agentliyin məlumatına görə, ABŞ-nin tələblərinə əcnəbi
döyüşçülərin ölkədən çıxarılması və amerikalı jurnalist Ostin Tisin tapılmasına
köməklik daxildir.
tag: Sanksiya, ABŞ, Rusiya, Tramp, Vaşinqton, todaypress.az,