ABŞ Tayvana ilk “F-16 Block 70” qırıcı təyyarəsini təhvil verdi
ABŞ-nin “Lockheed Martin” korporasiyası Cənubi Karolina ştatının Qrinvill şəhərində yerləşən zavodunda istehsal etdiyi ilk “F-16C/D Block 70” qırıcı təyyarəsini Tayvana təhvil verib.
TodayPress xəbər verir ki, bu barədə “Taipei Times” qəzeti məlumat yayıb.
Qeyd olunan yeni modifikasiyalı təyyarələr 2019-cu ildə, Donald Trampın ilk prezidentlik müddəti zamanı təsdiqlənmiş silah satışı paketi çərçivəsində sifariş edilmişdi. Taybey administrasiyası ilk təyyarənin təhvilində yaşanan gecikməyə baxmayaraq, bütün 66 təyyarənin 2026-cı ilin sonuna qədər təslim ediləcəyinə ümid edir.
Donald Trampın yenidən prezident seçilməsindən sonra onun administrasiyasının Tayvana silah və hərbi texnika təchizatını sürətləndirməyi planlaşdırdığı bildirilir. Tayvan Müdafiə Nazirliyi isə son hərbi təlimlər zamanı potensial Çin hücumunun 2027-ci ildə baş verə biləcəyini ehtimal etdiyini açıqlayıb.
Qiymət Mahir
tag: ABŞ,Tayvan,Qırıcı,Çin,todaypress.az,