ABŞ Təhsil Nazirliyində işçi ixtisarları: Nazirlik bağlana bilər

Dünya

12.03.2025 17:28

2221

ABŞ-nin Təhsil naziri Linda MakMahon nazirlikdə işçi heyətinin təxminən 50%-nin ixtisar edildiyini açıqlayıb. O bildirib ki, bu addım prezident Donald Trampın qurumu bağlamaq planının ilk mərhələsidir.

TodayPress xəbər verir ki, bu barədə o, “Fox News”ə açıqlama verib.

“Bu ixtisarlar, mənim bürokratik şişirtmə hesab etdiyim sistemi aradan qaldırmaq yolunda ilk addımdır. Nazirliyin tamamilə bağlanması üçün Konqresin müvafiq qərar qəbul etməsi tələb olunur” deyə o, vurğulayıb. 

Nazirin sözlərinə görə, iş yerlərinin azaldılmasına baxmayaraq, nazirlik əsas funksiyalarını yerinə yetirmək üçün vacib kadrları saxlayıb. Xüsusilə də Konqresin ayırdığı qrantlar və maliyyələşdirmə proqramları diqqətdən kənarda qalmayacaq.

Qiymət Mahir

tag: Tramp,Təhsil,Nazirlik,İşçi,İxtisar,Todaypress.az,