ABŞ təyyarəsinin qəzaya uğramasının səbəbi açıqlandı
ABŞ-nin Pensilvaniya ştatının Filadelfiya şəhərində qəzaya uğrayan təyyarənin göyərtəsindəki oksigen çənləri partlamış ola bilər.
TodayPress xəbər verir ki, bu barədə “Fox News” məlumat yayıb.
Təyyarənin tibbi təyyarə olduğu, ona görə də oksigenin yanacaqla qarışa biləcəyi bildirilib.
Qeyd edək ki, Federal Aviasiya Administrasiyası qəzaya uğrayan təyyarənin göyərtəsində iki nəfərin olduğunu bildirib.
Xatırladaq ki, “Learjet 55” model tipli təyyarə və Missuri ştatının Sprinqfild-Branson hava limanına uçub. Təyyarə Filadelfiyanın şimal-şərqindəki hava limanından qalxdıqdan 30 saniyə sonra 1600 fut (487 metr) yüksəklikdə radarlardan itib və qəzaya uğrayıb.
Nicat Osman
tag: Təyyarə,ABŞ,Qəza,Filadelfiya,Todaypress.az,