ABŞ “TikTok”u “App Store” və “Google Play”ə qaytardı

Dünya

14.02.2025 09:45

2874

“TikTok” mobil tətbiqi yenidən ABŞ-nin “Apple” və “Google” proqram mağazalara qaytarılıb.  TodayPress xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

Bu, ABŞ-nin baş prokuroru Pam Bondinin məktubu ilə əlaqələndirilir.

Qeyd edək ki, yanvarın 20-də inauqurasiyadan sonra Tramp ABŞ-da platformanın bloklanmasını ən azı 75 gün təxirə salmağı nəzərdə tutan sərəncam imzalayıb.

O, həmçinin jurnalistlərə bildirib ki, ABŞ TikTok-un yarısına sahib olmalıdır.

Nicat Osman

tag: Tiktok,ABŞ,Apple,Google,Todaypress.az,