ABŞ Trampın İran siyasətindən narahatdır
ABŞ lideri Donald Trampın İranın nüvə proqramı ilə bağlı siyasəti ölkədə narahatlıq yaradır.
TodayPress xəbər verir ki, bu barədə "The New York Times" (NYT) məlumat yayıb.
Bildirilib ki, Omanda baş tutacaq İran-Amerika nüvə sazişi danışıqları problemlərlə üzləşəcək.
Əlavə olunub ki, Tramp administrasiyasının zorakılıq taktikası İran siyasətinə təsir edə bilməz.
Qeyd edək ki, görüş oktyabrın 18-də baş tutacaq.
Türkan İsgəndərli
tag: ABŞ,Tramp,İran,Siyasət,Todaypress.az,