ABŞ Trampın Yəmənlə bağlı planlarını açıqladı

Dünya

16.03.2025 10:45

2706

ABŞ prezidenti Donald Tramp indiyədək Yəməndəki husilərə qarşı daha sərt tədbirlər görməkdən çəkinib. 

TodayPress xəbər verir ki, bu barədə “The New York Times” (NYT) Amerika rəsmilərinə istinadən Ağ Ev rəhbərinin planları haqqında yazıb.

“Bəzi milli təhlükəsizlik köməkçiləri husilərin ölkənin şimalının çox hissəsinə nəzarəti itirməsi ilə nəticələnə biləcək daha aqressiv kampaniyanın tərəfdarıdırlar. Lakin Tramp hələ bu strategiyanı təsdiq etməyib” deyə qəzet bildirib.

Qeyd olunub ki, Tramp ABŞ-ni Yaxın Şərqdəki münaqişəyə ciddi şəkildə cəlb etmək istəmir. Nəşr bunun Trampın seçki vədi ilə əlaqəli olduğunu vurğulayır: o, müharibələrə başlamayacağını, əksinə onları dayandıracağını bildirib.

Lakin bundan bir müddət əvvəl Trampın Yəməndə hava zərbələrini şəxsən müşahidə etdiyi məlum olub.

"Prezident Tramp ABŞ-nin nəqliyyat aktivlərini qorumaq və terror təhdidlərinin qarşısını almaq üçün husilərə qarşı tədbirlər görür" bəyanatda deyilir. 

Töhfə Səməd 

tag: ABŞ ,Donald Tramp,Yəmən,Husi,ZƏrbə,Ağ Ev ,todaypress.az,