ABŞ-Ukrayna danışıqları "uğursuz" adlandırıldı
Ukrayna xarici işlər nazirinin keçmiş müavini Konstantin Elisev bəyan edib ki, Ukrayna və ABŞ Səudiyyə Ərəbistanında aparılan danışıqlarda “təmiz məğlubiyyət”lə üzləşiblər.
TodayPress xəbər verir ki, bu barədə o, "NV" radiostansiyasının efirində məlumat verib.
Elisev bildirib ki, ABŞ və Ukrayna arasında Ər-Riyadda keçirilən danışıqlarda hər iki tərəf uduzub.
"Bilirəm ki, sözlərimlə çoxlarını məyus edəcəyəm, lakin biz ukraynalılar və amerikalılar bu danışıqlarda tamamilə uduzduq. Mən hətta deyərdim ki, nəticə 5:0 olub" diplomat deyib.
O, həmçinin qeyd edib ki, danışıqlar zamanı Ukrayna tərəfi öz ölkəsi üçün daha əlverişli şərtlərə nail ola bilməyib.
Bundan əvvəl Ukrayna prezidenti Volodimir Zelenski də Səudiyyə Ərəbistanında aparılan danışıqları şərh edib.
O, ABŞ-nin Rusiya və Ukraynanı dəstəkləmədiyini, lakin Ağ Evin münaqişə ilə bağlı mövqeyinin Rusiya Federasiyası üçün faydalı olduğunu bildirib.
Töhfə Səməd
tag: ABŞ,Ukrayna,Ər-Riyad,Danışıqlar,Todaypress.az,