ABŞ-Ukrayna danışıqlarında növbəti raund
ABŞ və Ukrayna nümayəndələri arasında danışıqlarda “qəribə vəziyyət” yaranıb.
TodayPress xəbər verir ki, bu barədə "The Economist" yazıb.
Bildirilib ki, martın 11-də Amerika və Ukrayna nümayəndə heyətləri danışıqlar üçün Səudiyyə Ərəbistanının Ciddə şəhərində görüşməlidir. Eyni zamanda, Ukrayna lideri Volodimir Zelenski bir gün əvvəl, martın 10-da ölkənin paytaxtına gəlməyi planlaşdırır.
Məqalədə deyilir: “Ukraynanın təsadüf adlandırdığı qəribə bir vəziyyətdə, Zelenski özü bazar ertəsi Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyada gələcək, krallıqla danışıqlar aparacaq”.
ABŞ nümayəndə heyətinə dövlət katibi Marko Rubio, milli təhlükəsizlik müşaviri Mayk Vals və Yaxın Şərq üzrə xüsusi nümayəndə Stiv Vitkof daxil olacaq. Ukrayna tərəfinə Zelenskinin ofisinin rəhbəri Andrey Yermak rəhbərlik edəcək . O, xarici işlər naziri Andrey Sibiqa, müdafiə naziri Rustem Umerov və hərbi köməkçi Pavel Palisa ilə birlikdə olacaq.
Töhfə Səməd
tag: ABŞ,Ukrayna,Görüş,Tramp,Todaypress.az,