ABŞ Ukrayna ilə nəyi müzakirə edəcək?
ABŞ və Ukrayna Səudiyyə Ərəbistanı ilə danışıqlarda Qara dənizdə hərbi əməliyyatların dayandırılmasına dair razılaşmanı müzakirə edəcək.
TodayPress xəbər verir ki, bu barədə "Bloomberg" mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, Ciddə danışıqlarında Rusiya və Ukrayna arasında Qara dənizdə hərbi əməliyyatların dayandırılması müzakirə olunacaq.
Həmçinin, ABŞ Səudiyyə Ərəbistanı ilə görüşdə Ukraynanın atəşkəs öhdəliyini götürməsində israr edəcək.
Nəşr qeyd edib ki, Ciddədə planlaşdırılan danışıqlar ABŞ prezident administrasiyasının Ukrayna lideri Volodimir Zelenskiyə “güclü təzyiqi” fonunda baş tutacaq.
Qeyd edək ki, martın 11-də Səudiyyə Ərəbistanında ABŞ və Ukrayna nümayəndələrinin görüşü baş tutacaq.
Türkan isgəndərli
tag: ABŞ,Ukrayna,Ciddə,Danışıqlar,MÜzakirə,Sülh,Todaypress.az,