ABŞ Ukrayna, Konqo və Danimarka ilə paralel danışıqlar aparır

Dünya

05.04.2025 09:30

1061

Vaşinqton dünya üzrə strateji resurslara nəzarəti gücləndirmək məqsədilə Ukrayna, Konqo Demokratik Respublikası və Danimarka ilə paralel şəkildə danışıqlar aparır. 

TodayPress xəbər verir ki, bu barədə “The Wall Street Journal” qəzeti məlumat yayıb.

Qəzetin məlumatına görə, Ukrayna prezident Donald Trampın dəstəyini qazanmaq üçün ABŞ-yə mineral resurslara çıxış təklif edib.

Lakin danışıqlar Trampın Kiyevdən iqtisadi baxımdan daha geniş güzəştlər tələb etməsi səbəbi ilə dalana dirənib.

Eyni zamanda Konqo Demokratik Respublikası ABŞ-nin ölkədəki silahlı üsyançılara qarşı yardımını almaq üçün mədənlərə çıxışı təmin etməyə hazır olduğunu bildirib.

Danimarka isə Qrenlandiya ilə bağlı Trampın iddiasını neytrallaşdırmaq ümidi ilə ABŞ-yə faydalı qazıntıların hasilatına dair müqavilələr və hərbi bazaların yerləşdirilməsi imkanları təklif edir.

Xatırladaq ki, Qrenlandiya Danimarka Krallığının muxtar bölgəsidir. Danışıqlara ABŞ-nin milli təhlükəsizlik üzrə müşaviri Mayk Uoltsun rəhbərlik etdiyi yüksək vəzifəli rəsmi heyət başçılıq edir.

Məqsəd strateji resurslar üzərində nəzarəti gücləndirməklə Amerikanın iqtisadi və geosiyasi mövqeyini möhkəmləndirməkdir.

Mart ayının sonunda Ukrayna Ali Radasının deputatı Yaroslav Jeleznyak bildirmişdi ki, Ukrayna ilə ABŞ arasında nəzərdə tutulan saziş ölkənin bütün təbii resurslarını, o cümlədən neft və qazı əhatə edir.

Onun sözlərinə görə, sənəd müddətsiz olacaq və yalnız Vaşinqtonun razılığı ilə dəyişdirilə bilər. Jeleznyak əlavə edib ki, saziş Ukraynaya hərbi və ya təhlükəsizlik zəmanəti vermir. 

Qiymət Mahir

tag: ABŞ,Ukrayna,Konqo,Danimarka,Todaypress.az,