ABŞ-Ukrayna nümayəndə heyətlərinin Ciddə görüşü təsdiqləndi
Səudiyyə Ərəbistanı gələn həftə Ciddədə ABŞ və Ukrayna nümayəndə heyətləri arasında görüş keçiriləcəyini təsdiqləyib.
TodayPress xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
"Səudiyyə Ərəbistanı XİN ABŞ və Ukrayna arasında gələn həftə Ciddədə keçiriləcək görüşə ev sahibliyi etmək imkanını alqışlayır. Krallıq Ukrayna böhranına son qoymaq və davamlı sülhə nail olmaq üçün səylərini davam etdirir" sənəddə bildirilib.
Xatırladaq ki, martın 6-da ABŞ prezidentinin xüsusi elçisi Stiven Vitkof bəyan edib ki, ABŞ və Ukrayna nümayəndələri Ukrayna münaqişəsinin həlli ilə bağlı məsələləri müzakirə etmək üçün Səudiyyə Ərəbistanında görüş keçirmək niyyətindədirlər.
Töhfə Səməd
tag: ABŞ,Ukrayna,Nümayəndə ,Görüş,Ciddə,Todaypress.az,