ABŞ Ukraynada tam atəşkəsin vaxtını açıqladı

Dünya

19.03.2025 18:45

2084

"Ukraynada tam hüquqlu atəşkəsə bir neçə həftə ərzində nail olmaq olar". 

TodayPress xəbər verir ki, bunu ABŞ prezidentinin xüsusi elçisi Stiv Uitkoff deyib.

Onun sözlərinə görə, yaxın günlərdə tam atəşkəslə bağlı danışıqlar aparılacaq. Bu münasibətlə Rusiya və ABŞ nümayəndələri gələn həftənin əvvəlində Səudiyyə Ərəbistanında görüşəcəklər. 

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp və rusiyalı həmkarı Vladimir Putin arasında martın 18-də telefon danışığı baş tutub.

Türkan İsgəndərli

tag: Ukrayna,ABŞ,Rusiya,Atəşkəs,todaypress.az,