ABŞ Ukraynanın əvvəlki sərhədlərinə qayıdışını dəstəkləmir

Dünya

11.03.2025 18:19

1756

ABŞ prezidenti Donald Trampın komandası Ukraynanın 2014 və ya 2022-ci il sərhədlərinə qayıdışını qəbul etmir.

TodayPress xəbər verir ki, bu barədə “Sky News” məlumat yayıb.

Bildirilib ki, ABŞ rəsmiləri bu məsələyə dair fikirlərini yalnız qapalı görüşlərdə səsləndirirlər.

“Görünür, Ukrayna çox ağrılı güzəştlərə getməli olacaq, amma ümid var ki, danışıqlar başa çatdıqda atəşkəsin hansı formada olacağını daha aydın anlayacağıq” deyə qeyd edilib. 

Qiymət Mahir

tag: ABŞ,Ukrayna,Sərhəd,Atəşkəs,Sülh,Todaypress.az,