ABŞ Ukraynanın iqtisadi layihələrinə nəzarət etmək istəyir
ABŞ prezidenti Donald Trampın administrasiyası Ukraynadan Vaşinqtonun mühüm iqtisadi layihələrə nəzarətini təmin edəcək sazişi imzalamasını tələb edir.
TodayPress xəbər verir ki, bu barədə "Wall Street Journal" (WSJ) məlumat yayıb.
Məlumata görə ABŞ Ukraynanın infrastruktur layihələrində, mineral hasilat proqramlarında, o cümlədən nadir metalları və liman tikintisində iştirakda birincilik əldə etməyə çalışır.
Ancaq Ukrayna hakimiyyəti sazişin şərtlərinin infrastrukturu bərpa etmək imkanlarını məhdudlaşdıracağından ehtiyat edir.
Analitiklər bildirirlər ki, ABŞ-nin yeni tələbləri xüsusilə Donald Tramp və Ukrayna prezidenti Volodimir Zelenski arasında baş verən son münaqişədən sonra münasibətlərdəki gərginliyi daha da artıra bilər.
Müqavilə imzalanarsa, Ukrayna 45 gün ərzində layihələrin siyahısını təqdim etməlidir.
Türkan İsgəndərli
tag: ABŞ,Ukrayna,İqtisadi,Layihə,Nəzarət,Todaypress.az,