ABŞ Ukraynanın “Starlink” peyk internet sisteminə çıxışını məhdudlaşdıra bilər
ABŞ Ukraynanın mineral ehtiyatları barədə müqavilə bağlamaqdan imtina etməsi halında, ölkənin məşhur “Starlink” peyk internet sisteminə çıxışını kəsə bilər.
TodayPress xəbər verir ki, bu barədə “Reuters” xəbər yayıb.
Bildirilib ki, ABŞ-nin danışıqlar aparan nümayəndələri, Ukraynanın vacib minerallarına girişi təmin etmək üçün Kiyevi təzyiq altına alıb və ölkənin “Starlink” internet sisteminə çıxışının məhdudlaşdırılmasını gündəmə gətiriblər.
“Starlink” Ukraynanın və onun döyüşçülərinin həyati əhəmiyyət daşıyan internet bağlantısını təmin edir. ABŞ-nin xüsusi nümayəndəsi Kit Kelloq və Ukrayna Prezidenti Volodimir Zelenski arasında keçirilən görüşdə mineral ehtiyatlar barədə razılaşma məsələsi bir daha müzakirə edilib.
Məlumatda qeyd olunub ki, Ukrayna “Starlink”dən istifadə edir və onu öz “Şimali Ulduzu” hesab edir. Buna görə, “Starlink”in itirilməsi böyük zərbə olar.
Qiymət Mahir
tag: ABŞ,Ukrayna,“Starlink”,Kiyev,todaypress.az,