ABŞ Ukraynaya 350 milyon dollar ayıracaq
ABŞ Dövlət Departamenti Ukrayna pilotlarının F-16 qırıcılarını idarə etməsi üzrə təlimini və bu təyyarələrin texniki xidmətini maliyyələşdirmək qərarına gəlib.
TodayPress xəbər verir ki, bu barədə “Bloomberg” yazıb.
Bildirilib ki, qərar 350 milyon dollar dəyərində təsdiqlənib və Vaşinqtonun Kiyevə dəstəyini davam etdirmək niyyətini nümayiş etdirir.
Ukraynaya verilən “F-16”lar “Lockheed Martin” tərəfindən istehsal olunur və Danimarka ilə Niderland da daxil olmaqla, NATO ölkələri tərəfindən təhvil verilir.
Qiymət Mahir
tag: ABŞ,Ukrayna,Yardım,Pilot,todaypress.az,