ABŞ Ukraynaya dair görüşdə iştirak etməyəcək
ABŞ Müdafiə Nazirliyinin yüksək rütbəli nümayəndələrinin bu ay Brüsseldə keçiriləcək Ukrayna üzrə əlaqələndirmə qrupunun iclasında iştirak etməsi gözlənilmir.
TodayPress xəbər verir ki, bu barədə “Defense News” ABŞ administrasiyasındakı mənbələrə istinadla yazıb.
Məlumata görə, ABŞ müdafiə naziri Pit Heqset 11 aprel tarixində keçiriləcək toplantıya nə fiziki, nə də virtual formatda qatılmayacaq.
Bu, Ukraynaya hərbi yardımın koordinasiyası məqsədilə təşkil edilən qrupun ABŞ müdafiə nazirinin iştirakı olmadan keçiriləcək ilk iclası olacaq.
“Əslində, Pentaqon bu səfərlərdə naziri müşayiət edən yüksək vəzifəli şəxsləri belə Brüsselə göndərməyəcək” deyə məlumatda qeyd olunub.
Nəşrin yazdığına görə, prezident Donald Trampın administrasiyası hələ də ABŞ rəsmilərinin Ukraynaya dəstək tədbirlərində iştirak formasını qiymətləndirir və bu məsələdə yekun qərar verilməyib.
Qiymət Mahir
tag: ABŞ,Ukrayna,Rusiya,Görüş,İştirak,Todaypress.az,