ABŞ Ukraynaya hərbi yardımı bərpa edir
ABŞ dərhal kəşfiyyat məlumatlarının mübadiləsində fasiləni
aradan qaldırır və Ukraynaya hərbi yardımı bərpa edir. Martın 11-də Səudiyyə
Ərəbistanında keçirilən danışıqlarda tərəflər bununla bağlı razılığa gəliblər.
TodayPress xəbər verir ki, bu barədə Ukrayna və ABŞ nümayəndə heyətlərinin
Ciddə görüşünün yekunlarına dair birgə bəyanatda qeyd olunub.
“Birləşmiş
Ştatlar kəşfiyyat məlumatlarının mübadiləsində fasiləni dərhal aradan qaldırır
və Ukraynaya təhlükəsizlik yardımını bərpa edir” deyə bəyanatda bildirilib.
Xatırladaq
ki, martın 11-də Ciddədə (Səudiyyə Ərəbistanı) Ukrayna və Amerika nümayəndə
heyətləri arasında danışıqlar baş tutub. 5 saatdan artıq davam edən danışıqlar
zamanı Ukrayna 30 günlük atəşkəsə razılıq verib.
tag: ABŞ, Ukrayna, Hərbi,Yardım, Bərpa, Ərəbistan Görüş, todaypress.az,