ABŞ Ukraynaya mineral ehtiyatlar üzrə yeni saziş təklif etdi
ABŞ Ukraynaya yeni, daha böyük mineral
ehtiyatlar üzrə saziş təklif edib.
TodayPress xəbər verir ki, bu barədə Ukrayna lideri
Volodimir Zelenski jurnalistlərlə görüşündə bildirib.
“Yeni müqaviləyə gəlincə. Bu, böyük, tam sövdələşmədir,
Amerika tərəfinin əvvəllər atılan addımlara baxışı budur. Çərçivə sazişi,
yadınızdadır və çərçivə sazişindən sonra tam saziş hazırlanır. İndi Amerika
tərəfi dərhal bizim tərəfə öz baxışları ilə bağlı böyük razılaşma təklif edib.
Hələ heç bir təfərrüatım yoxdur, xahiş etdim ki, bunu araşdırsınlar,
ratifikasiya üçün parlamentə göndərməzdən əvvəl baxarıq” o deyib.
tag: Ukrayana, Zelenski, ABŞ, Tramp, Amerika, todaypress.az,