ABŞ Ukraynaya nə qədər yardım edib?
Ukraynada hərbi əməliyyatlar başlayandan bəri ABŞ hökuməti Kiyevə 114 milyard dollar məbləğində maliyyə yardımı göstərib.
TodayPress xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenskinin müşaviri Mixail Podolyak deyib.
O, 2022-ci ilin fevral ayının sonundan etibarən ABŞ-nin Ukraynaya dəstəyinin ümumi məbləğinin 300-500 milyard dollar təşkil etdiyi barədə məlumatı təkzib edib.
Müşavir qeyd edib ki, Ağ Ev rəhbəri Donald Tramp həmişə məbləğin 300-500 milyard olduğunu deyir. Bu, həqiqəti əks etdirmir.
Türkan İsgəndərli
tag: ABŞ,Tramp,Mixail Podolyak,Ukrayna,Todaypress.az,