ABŞ Ukraynaya qoşun yeridəcək?

Dünya

28.02.2025 16:05

2831

Britaniya ABŞ-yə açıq şəkildə bildirib ki, o, Amerika qoşunlarını Ukraynaya göndərməkdə israr etməyəcək, çünki bu, Vaşinqton üçün qırmızı xəttdir. 

TodayPress xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb.

“Böyük Britaniyanın xarici işlər naziri Devid Lemmi Dövlət Departamentində ABŞ prezidentinin Rusiya və Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq ilə 45 dəqiqəlik görüş keçirib. Diplomat və onun köməkçiləri müəyyən ediblər ki, Vaşinqton üçün qırmızı xətt Amerika hərbçilərinin Ukrayna ərazisində olmasıdır” nəşr Britaniya rəsmilərinə istinadən yazıb.

Töhfə Səməd

tag: Britaniya ,ABŞ,Qoşun,Ukrayna,Devid Lemmi,todaypress.az,