ABŞ Ukraynaya silah tədarükünü dayandıra bilər

Dünya

01.05.2025 12:20

8

"Əgər ABŞ Ukrayna münaqişəsində vasitəçilikdən imtina etsə, Kiyevə silah tədarükü altı ay ərzində dayana bilər". 

TodayPress xəbər verir ki, bu barədə “The Times” qəzeti məlumat yayıb.

Bildirilir ki, bu, xüsusilə hava hücumundan müdafiə sistemlərinin çatışmazlığı səbəbindən Ukraynanı çətin vəziyyətdə qoya bilər.

Bununla belə, Ukraynada bir çoxları Amerika prezidenti Donald Trampın prezidentliyə qayıdacağı təqdirdə silah yardımını davam etdirəcəyinə ümid edir.

Qeyd edək ki, mayın 1-də Tramp administrasiyası Ukraynaya 50 milyon dollarlıq silah ixracına razılıq verib.

Türkan İsgəndərli

tag: ABŞ,Ukrayna,Silah,Yardım,todaypress.az,