ABŞ Ukraynaya silah tədarükünü dayandırmağı planlaşdırır
ABŞ prezidenti Donald Tramp Ukrayna lideri Volodimir Zelenski ilə danışdıqdan sonra milli təhlükəsizlik rəsmilərinə ABŞ-nin Ukraynaya cari silah tədarükünü müvəqqəti və ya tamamilə dayandıra biləcəyini öyrənməyi tapşırıb.
TodayPress xəbər verir ki, bu barədə "The Wall Street Journal" yüksək vəzifəli administrasiya rəsmisinə istinadən məlumat yayıb.
Bildirilib ki, iki prezidentin söhbətindən sonra Tramp administrasiyasının nümayəndəsi ABŞ tərəfindən verilən dolayı dəstəyi belə dayandırmağa qərar verə biləcəyini bildirib. Buraya digər hərbi maliyyələşdirmə növləri, kəşfiyyat məlumatlarının mübadiləsi, Ukrayna qoşunlarının və pilotlarının təlimi və Almaniyadakı ABŞ hərbi bazasında beynəlxalq yardımın idarə olunması üçün zəng mərkəzinin yerləşdirilməsi daxildir.
Nəşr yazır ki, Pentaqonun məlumatına görə, Konqresin Ukraynanı maliyyələşdirmək üçün icazə verdiyi vəsaitin təxminən 3,85 milyard dolları ölkənin Müdafiə Nazirliyində qalır. Münaqişə dövründə Pentaqon 34 milyard dollardan çox məbləğdə 72 hərbi yardım göndərib.
Töhfə Səməd
tag: ABŞ ,Donald Tramp,Ukrayna,Volodimir Zelenski,Yardım,todaypress.az,