ABŞ: Ukraynaya yardıma Avropa rəhbərlik etməlidir

Dünya

30.04.2025 12:05

8

ABŞ Ukraynaya gələcək yardımların Avropa ölkələrinin rəhbərliyi altında həyata keçirilməsini tələb edib. 

TodayPress xəbər verir ki, bu barədə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Mayk Vals bildirib.

Onun sözlərinə görə, bu mövqe ABŞ və tərəfdaşları arasında aparılan danışıqların əsas nəticələrindən biridir. Ağ Ev nümayəndəsi qeyd edib ki, ABŞ artıq öz milli borcu fonunda Avropanın təhlükəsizliyini subsidiyalaşdıra bilməz.

Qeyd edək ki, bu bəyanat Vaşinqtonun Ukraynaya yardım məsələsində daha çox Avropanın öhdəlik götürməsini istədiyini göstərir.

Türkan İsgəndərli

tag: ABŞ,Ukrayna,Yardım,Avropa,todaypress.az,