ABŞ Ukraynaya yeni saziş təklif etdi

Dünya

28.03.2025 10:40

2143

ABŞ Ukraynaya ehtiyatların çıxarılması ilə bağlı yeni saziş təklif edib.   

TodayPress xəbər verir ki, bu barədə “Financial Times” (FT) məlumat yayıb. 

Nəşr qeyd edir ki, ABŞ nadir torpaq metalları ilə yanaşı qaz, neft, eləcə də əsas enerji obyektlərinə nəzarət etmək istəyir.   

Təklif qəbul edilərsə, resurs hasilatından əldə edilən vəsaitlərin idarə olunması üçün xüsusi fond yaradılacaq.

ABŞ-nin planına görə, fond üç amerikalı və iki ukraynalı nümayəndədən ibarət olacaq ki, bu da Vaşinqtona əsas qərarların qəbulunda üstünlük verəcək. 

Türkan İsgəndərli

tag: ABŞ,Ukrayna,Saziş,Təbii Ehtiyat,Todaypress.az,