ABŞ USAID-in proqramlarını bərpa edəcək
Amerika Birləşmiş Ştatları əvvəllər ləğv edilən altı yardım və ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) proqramını bərpa etməyi planlaşdırır.
TodayPress xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Proqramların bərpası barədə qərar ABŞ administrasiyası və Konqresin təzyiqindən sonra verilib.
Üstəlik, bu, BMT-nin Ümumdünya Ərzaq Proqramının (ÜƏP) təşəbbüslərin həyata keçirilməsinin dayandırılmasının nəticələri ilə bağlı bəyanatından sonra qəbul edilib.
Xatırladaq ki, fevralın sonunda ABŞ prezident administrasiyasının USAID və Dövlət Departamentinin xarici yardımla bağlı müqavilələrinin 90%-dən çoxunu ləğv etmək təklifini irəli sürüb.
Qeyd olunur ki, ABŞ USAID vasitəsilə təxminən 60 milyard dollar məbləğində xarici yardımı dayandırmağı planlaşdırır.
Türkan İsgəndərli
tag: ABŞ,USAİD,Proqram,Bərpa,Todaypress.az,