ABŞ USAID proqramlarının əksəriyyətini bağladı

Dünya

10.03.2025 18:03

2087

Birləşmiş Ştatlar Beynəlxalq İnkişaf Agentliyinin (USAID) fəaliyyətlərinin altı həftəlik nəzərdən keçirilməsindən sonra proqramlarının 83 faizini bağlayıb.   

TodayPress xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio "X" sosial şəbəkəsindəki səhifəsində məlumat verib. 

“Altı həftəlik araşdırmadan sonra biz USAID proqramlarının 83 faizini rəsmi olaraq ləğv edirik. ABŞ-nin əsas milli maraqlarına xidmət etmədiyi (və bəzi hallarda hətta zərər çəkdiyi) 5200 ləğv edilmiş müqaviləyə on milyardlarla dollar xərclənib” deyə o, bildirib. 

Rubio vurğulayıb ki, ABŞ Konqresi ilə birlikdə qorunub saxlanması qərara alınmış qalan min layihənin Dövlət Departamentinin nəzarətinə verilməsinə qərar verilib. 

Töhfə Səməd

tag: ABŞ,Marko Rubio,Dövlət Katibi,USAİD,Todaypress.az,